Fransa Prezidentinin keçmiş köməkçisi üç il azadlıqdan məhrum edilibbackend

Fransa Prezidentinin keçmiş köməkçisi üç il azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının keçmiş əməkdaşı Aleksandr Bennall iki ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum olunub.

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, E.Makronun keçmiş köməkçisi 2018-ci ilin mayında Fransada etiraz aksiyasının iştirakçılarına güc tətbiq etməkdə ittiham olunub. O, 2018-ci il mayın 1-də yürüş iştirakçısı olan gənc qadınla kobud davranıb, onun başına bir neçə zərbə vurduqdan sonra aradan çıxıb.