Fransa prezidenti Livan rəsmilərini hədələyibbackend

Fransa prezidenti Livan rəsmilərini hədələyib

“İslahatlar üçün hamınız pul aldınız, bunu siz də bilirsiniz, mən də bilirəm”.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Livanda rəsmilərlə görüşündə bildirib.
O, livanlı rəsmilərlə görüşdə bəzi islahatlar edilmədiyi halda Livana sanksiya tətbiq edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Emmanuel Makon avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Livana səfər edib. Partlayış nəticəsində 157 nəfər ölüb, 5 mindən çox insan yaralanıb, 60 nəfər isə itkin düşüb.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki