Tribuna İnformasiya Agentliyi

Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb – VİDEO

11 İyul

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.

“Report”un məlumatına görə, bu, Fransa milli komandasıdır.

Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığmasını üstələyib. Yeganə qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başla qapıya göndərib.

Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib. Digər finalçı iyulun 11-də Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

Fransa hələlik yeganə dünya çempionluğunu 1998-ci ildə qazanıb.

DÇ-2018, ½ final

22:00 Fransa – Belçika – 1:0

Qol: Samuel Yumtiti, 51

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu