Fransa klubunun futbolçusu öldürülübbackend

Fransa klubunun futbolçusu öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Sent-Etyen” klubunun futbolçusu Vilyam Qomis silahlı atışmada öldürülüb.

“Report” “Var-Matin” nəşrinə istinadən xəbər verir ki, hadisə Var departamentində qeydə alınıb.

20 yaşlı gənc oyunçu ilə yanaşı, 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Atışma sentyabrın 9-dan 10-na keçən gecə baş verib.