Fransa kanalı Xankəndidə: Ermənilər nələr danışdı? (VİDEO)backend

Fransa kanalı Xankəndidə: Ermənilər nələr danışdı? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın məşhur “France24.com” saytı Dağlıq Qarabağdan xüsusi reportaj hazırlayıb.
“Zavallı ermənilərin” hallarına acıdıqlarını açıq şəkildə nümayiş etdirən TV qeyd edir ki, ötən il sentyabrın sonlarında Azərbaycan Dağlıq Qarabağda ildırımsürətli müharibə həyata keçirdi. Cəmi 6 həftə ərzində ermənilərin üstünlük təşkil etdiyi “anklav” sarsıdıcı məğlubiyyətlə üzləşdi və əlində saxladığı ərazinin böyük bir hissəsini itirdi. Belə “dəhşətli travma” yaşamış insanlar qarşılaşdıqları “acı və ağrıların” öhdəsindən necə gəlirlər? Tərəflər arasında atəşkəsə nail olan Rusiyanın bölgədədki rolu nədən ibarətdir?
TİA.AZ  Musavat.com-a istinadla xəbər verir ki, kanalın bölgəyə ezam etdiyi jurnalistlər bu kimi suallara cavab tapmağa çalışıb.
Reрortajdan öncə aparıcının sualına cavab verən jurnalist gileylənir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağ bölgəsinə Ermənistan ərazindən daxil olmağa çalışan Qərb mediası mənsublarının əraziyə girişinə çətinliklər yaradır.
Reрortaj zamanı Xankəndinin mərkəzi küçəsində lentə alınmış kadrlar diqqət çəkir. Müharibə zamanı Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni silahlılarının fotoları vurulmuş divarın qarşısında xeyli adam var. Fotoların yağışdan qorunması üçün divara salafandan pərdə çəkilib. Bir qız deyir ki, bu müharibədə çox sayda gənclər öldürüldü. Həm də biz müharibədə məğlub olduq.
Fransız jurnalistlər ermənilərin məğlubiyyətini Türkiyənin Azərbaycana hərbi dəstəyi ilə izah edirlər. Jurnalistə müsahibə verən özünü qondarma rejimin rəsmisi kimi təqdim edən şəxs deyir ki, hər 25-30 ildən bir ermənilərlə türklər arasında müharibə olur. Düşmənlə növbəti müharibəyə hazırlaşmaq lazımdır.
Maraqlıdır ki, jurnalistlərlə danışan ermənilər hər dəfə “türk” ifadəsi işlədirlər. Müsahibə verən ermənilərdən biri deyir ki, hər tərəf türklərdir. Hara baxırıq türkləri görürük. Heç vaxt ağlımıza gəlməzdi ki, türklər gəlib bu yerlərə çıxa bilərlər. Jurnalist sonda izah etməli oldu ki, ermənilər azərbaycanlılara da türk deyirlər. Onlar üçün Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında elə bir fərq yoxdur.
Başqa bir erməni isə Rusiya sülhməramlılarından razılıq edir. Deyir ki, onlar bizim təhlükəsizliyimizin təminatçısıdır. Onlar gedəndən sonra nə olacağı isə bəlli deyil.
Yerli erməni din xadimi isə bildirir ki, bu, dini müharibə deyil: “Təəssüf ki, biz düşmən xalqların əhatəsində yaşayırıq”.
Reрortajda qeyd olunur ki, Azərbaycan türkcə danışan müsəlman xalqıdır. Türkiyə və Azərbaycanda deyirlər ki, biz iki dövlətik, amma bir millətik.
Reрortajda Türkiyə prezidentinin II Qarabağ müharibəsində tutduğu kəskin mövqedən də bəhs olunur. Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Azərbaycanda səfərdə olacaq. Onun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə səfəri nəzərdə tutulub.
Reрortaj zamanı qarşı-qarşıya asılmış erməni və Azərbaycan bayraqları da aydın görünür. Fransa televiziyasının hazırladığı reportajda ən çox diqqət çəkən o oldu ki, ermənilər Azərbaycan haqqında danışarkən davamlı şəkildə “düşmən” ifadəsi işlədirdilər. Ermənilərin son dərəcə məyus durumda olduğu da aydın görünür.