Fransa hücumun görüntüsünü yaydı – Videobackend

Fransa hücumun görüntüsünü yaydı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezident Administrasiyası Suriyaya zərbə üçün qalxan qırıcıların görüntüsünü rəsmi səhifəsində paylaşıb.

Axar.az xəbər verir ki, Britaniya 4 “Tornado” qırıcısı ilə zərbə endirdiyini açıqlasa da, Fransa video yaymasına rəğmən, hücuma keçən hərbi təyyarələrinin sayı və haradan qalxdığı barədə açıqlama verməyib.

Fransanın Xarici İşlər naziri Jan İv Le Drian deyib ki, Paris Suriya ilə bağlı daha əvvəl verdiyi sözlərə əməl edərək, müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edib.