Tribuna İnformasiya Agentliyi

Fransa hökuməti İsveçrə bankından 5 milyard tələb edir

08 Oktyabr
İsveçrənin UBS Bankının Fransa şöbəsi və 6 yüksək vəzifəli şəxsi məhkəməyə çıxacaq.
Qaynarinfo xəbər verir ki, korrupsiya, çirkli pulların yuyulması, qeyri-qanuni digər fəaliyyətlərdə ittiham edilən bank və vəzifəli şəxsləri 2004-2012-ci illərdə müştərilərin 9,7 milyard dollar məbləğində vergidən yayınmasına kömək edib. Fransa məhkəməsi 2013-cü ildə bankla bağlı istintaq prosesinə başlayıb, 2014-cü ildə isə məhkəmə prosesinə start verilməsi barədə qərar qəbul olunub. Daha əvvəl 1,1 milyard dollar tələb irəli sürən Fransa məhkəməsi bu dəfə 5 milyard dollar pul cəzası tələb edəcək.