“Fransa futbol oynamadı” – Lovrenbackend

“Fransa futbol oynamadı” – Lovren

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren dünya çempionatının finalında Fransaya uduzduqları oyundan söz açıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçu rəqibin futbol oynamadığını bildirib:

“Fransa futbol oynamadı. Onlar sadəcə şans gözlədi və vurdu. Biz onlardan üstün idik və qalib gəlməli idik. Lakin bu da onların oyun tərzidir. Hörmət edirik. Rəqibdən üstün olduğumuz üçün məğlubiyyətə üzülürəm”.