Fransa Avro-2020 oyunları haqqını Peterburdan almağı tələb etdibackend

Fransa Avro-2020 oyunları haqqını Peterburdan almağı tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın Le Monde nəşri 2020-ci il Avropa Futbol Çempionatının oyunlarına ev sahibliyi etmək hüququnun Sankt-Peterburqdan alınmasını tələb edib.
TİA.AZ xəbər verir ki, bu açıqlama Ryanair təyyarəsinin Minskə endirilməsi ilə əlaqədardır. Həmin hadisə zamanı müxalif NEXTA Telegram kanalının qurucusu Roman Protaseviç və sevgilisi Sofia Sapeqa həbs edilib. Qəzet jurnalistlərinin fikrincə, bu, Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi olmadan icra edilə bilməzdi.

 

Euro 2020 turniri 11 iyun – 11 iyul 2021-ci il tarixlərində keçirilməlidir. Rusiya millisi qrup mərhələsində Finlandiya, Belçika və Danimarka komandaları ilə qarşılaşacaq.