“Fox News”un əməkdaşı Ukraynada öldürüldübackend

“Fox News”un əməkdaşı Ukraynada öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Fox News” telekanalının operatoru Pyer Zakrjevski Kiyev ətrafında atəş altına düşərək həlak olub, həmin hadisə zamanı telekanalın müxbiri Bencamin Holl yaralanıb.

TİA.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onların həmkarı, “Fox News” telekanalının xəbərlər proqramının aparıcısı Con Roberts özünün tviter səhifəsində bildirib.

İnsident bazar ertəsi günü baş verib. Məlumat Pentaqon tərəfindən təsdiqlənib və əlavə edilib ki, hazırda hadisə ilə bağlı informasiya toplanır.