Tribuna İnformasiya Agentliyi

Fotosintez edən heyvan kəşf edildi

05 May

Elm adamları bitkilər kimi enerji istehsal edən qabıqsız dəniz ilbizi ortaya çıxarıblar

“Qafqazinfo” xəbər verir ki, “Elisia xlorotika” adı verilən ilbiz fotosintez vasitəsilə Günəş şüalarını kimyəvi enerjiyə çevirə bilir.
Rutqers Universitetinin mütəxəssisləri ilbizi Kanadanın Nova Skotia bölgəsində aşkar ediblər. Dəniz canlısının ölçüsü cəmi 5 sm-dir.
Araşdırma qrupuna rəhbərlik edən professor Debaliş Bxatakkarya bildirib ki, bu kəşflə süni fotosintez məsələsini gündəmə gətirməkdə faydalı olacaq.