Formula yarışlarına satılan biletlərin aqibəti necə oldu? (AÇIQLAMA)backend

Formula yarışlarına satılan biletlərin aqibəti necə oldu? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib.
Bakı Şəhər Halqasından  verilən məlumata görə, tamaşaçılar 2020-ci il Qran Prisi üçün satılan biletləri tam olaraq qaytarıb və ödənişlərini geri alıblar.
“Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytara bilərlər ya da 2021-ci ildə yarış baş tutarsa, bu il həmin biletlərdən istifadə edə bilərlər. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda tamaşaçılarda geri qaytarılacaq heç bir bilet qalmayıb”.
Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.