Tribuna İnformasiya Agentliyi

“Formula 1” pilotu Bakıda xəstələnib

25 Aprel
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində iştirak edəcək Böyük Britaniyanın “Williams”komandasının pilotu Corc Rassell Bakıda xəstələnib.
21 yaşlı sürücü özünü yaxşı hiss etmədiyi üçün bu gün keçirilən mətbuat konfransına qatılmayıb. Onun sərbəst yürüşlərə qədər istirahət etmək istədiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək. (“Report”)