“Formula 1”: Maks Ferstappen yenə birinci oldubackend

“Formula 1”: Maks Ferstappen yenə birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə Bəhreyn Qran-prisində ikinci sınaq yürüşü başa çatıb.

Tia.az xəbər verir ki, “Red Bull”un pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

“Maklaren”dən Lando Norris ikinci, “Mercedes”in sürücüsü Lüis Hemilton üçüncü yerlə kifayətlənib.

Ferstappen bu gün ilk test yürüşünün də qalibi olub.

Qeyd edək ki, Bəhreyn Qran-prisinə martın 28-də yekun vurulacaq. Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.