“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir – AÇIQLAMAbackend

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Foreks (xarici valyuta alış satışı ) əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməlidir”.

Dövlət Vergi Xidmətindən  bildirilib ki, bu zaman əldə edilən gəlirdən Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq, növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilməklə dövlət büdcəsinə ödənməlidir.

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.