Fonda pul köçürən nazirlər (SİYAHI)backend

Fonda pul köçürən nazirlər (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımlar davam edir. 
Qaynarinfo Yenisabah-a istinadən xəbər verir ki, artıq Fonda daxil olan ianələrin məbləği 111 milyon 957 min 706 manat olub.
Fonda ianə edənlər arasında nazirlər də var. Onların arasında ən çox ianə edən Müdafiə sənayesi naziri Mədət Quliyevdir. O, Fonda 17 165 manat yardım edib.
İkinci Müdafiə Nazirliyinin rəhbərliyi gəlir: 11 013 manat. Sonrakı yeri Dövlət statistika komiətsinin sədri Tahir Budaqov tutur. Komitə sədri Fonda 10 406 manat köçürüb.
Baş nazir Əli Əsədov, Təhsil naziri Ceyhun Bayramov, Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev və Səhiyyə naziri Oqtay Şirəliyev Fonda 10 000 manat ianə ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayevlə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 5000, Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov 3000, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı 2500, Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə isə Fonda 2327 manat köçürüb.
Nazirlər Kabinetinə tabe olan mərkəzi icra hakimiyyəti orqanları arasında isə Ədliyyə Nazirliyi öndə gedir. Nazirlik Fonda 1 milyon 178 min 125 manat yardım edib. İkinci yerdə Fövqəladə Hallar Nazirliyi (FHN) gəlir. FHN-nin ianə etdiyi məbləğ 1 milyon 30 min manatdır.
Sonrakı yeri Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bölüşür. DİN və DGK Fonda 1 milyon manat köçürüb. Fonda yüksək məbləğdə ianə edən qurumlardan növbətisi Dövlət Təhlükəsizlik Xidmətidir (DTX). Bu qurum Fonda 800 000 manat yardım edib.
İanələrin məbləğinə görə sonrakı ardıcıllıq aşağıdakı kimidir:
Maliyyə Nazirliyi – 700 000 manat
Xarici İşlər Nazirliyi – 217 041manat
Dövlət Miqrasiya Xidməti     – 200 000 manat
Müdafiə Sənayesi Nazirliyi – 160 000 manat
Energetika Nazirliyi – 139 606 manat
İqtisadiyyat Nazirliyi -107 779 manat
Təhsil Nazirliyi  -100 000 manat
Dövlət Sərhəd Xidməti -100 000 manat
Səfərbərlik Və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidməti    – 100 000 manat
Səhiyyə Nazirliyi     -100 000 manat
Mədəniyyət Naziliyi -100 000 manat
Qida Təhlükəsizliyi Agentliyi -100 000 manat
Xarici Kəşfiyyat Xidməti     – 89 244 manat
Gənclər və İdman Nazirliyi – 30 150 manat
Kənd Təsərrüfatı Nazirliyi – 22 316 manat
Diaporla İş üzrə Dövlət Komitəsi –    20 205 manat
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi -16000 manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 8556 manat.