Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdürbackend

Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması Dövlət Başçımızın daim diqqətində olmuşdur. Bu istiqamətdə dövlətimiz çox böyük işlər görmüş, həmin kateqoriyadan olan vətəndaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Belə ki, 2020-ci ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradıldı.

Dövlətin gördüyü işlərlə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.

Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Qeyd etmək lazımdır ki, bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və digər bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsində vacib rol oynayır.

Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində Yaşat fondunun çox böyük rolu vardır. Mən bir əsgər anası olaraq “YAŞAT” Fondunun bütün kollektivinə minnətdaram.

Şəfa Allahverdiyeva – Masallı şəhəri “Viləş” uşaq bağçasının müdiri