Flossenbürq həbs düşərgəsinin sonuncu mühafizəçisi 97 yaşında vəfat edibbackend

Flossenbürq həbs düşərgəsinin sonuncu mühafizəçisi 97 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Flossenbürq həbs düşərgəsinin keçmiş mühafizəçisi 97 yaşında vəfat edib.

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bavariya şəhərinin Baş prokuroru Kristian Hertl bildirib.

O, adı gizli saxlanılan şəxs haqqında araşdırmaların bu səbəbdən dayandırıldığını qeyd edib: “Prokurorluq 2021-ci il aprel ayından həmin şəxs haqqında araşdırma aparırdı. Bundan sonra daha Flossenbürq düşərgəsinin keçmiş mühafizəçiləri ilə bağlı istintaq aparılmayacaq. Bu isə o deməkdir ki, həmin şəxs düşərgənin sağ qalan sonuncu mühafizəçisi idi”.

Qeyd edək ki, şübhəli şəxs 1945-ci ilin yanvar ayından Flossenbürq həbs düşərgəsində mühafizəçi işləməkdə təqsirli bilinirdi.