Tribuna İnformasiya Agentliyi

“Florens” qasırğası ABŞ sahillərinə çatdı – TƏHLÜKƏ

14 Sentyabr

“Florens” qasırğası bu gün yerli vaxtla səhər saatlarında ABŞ-ın şərq sahillərinə çıxıb.

 

Moern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Milli Qasırğa Mərkəzinin məlumatına görə qasırğa bu gün yerli vaxtla saat 7:15-də (Bakı vaxtı ilə 15:15) Şimali Karolina sahillərinə çatıb.

“Florensi”n 150 km/saat sürəti ilə Reytsvil çimərliyiə çıxdığı qeyd edilir.

“Florens” qasırğasının “göz mərkəzi” nəhayət sahilə çıxış edir” – Milli Qasırğa Mərkəzinin səhər bəyanatında bildirilib.

 

Bəzi yerlərdə isə 170 km/saat sürəti də qeydə alınıb.

Bu qasırğa buludlarının diametrinə görə Karolinanı tamamilə örtməyə qadirdir.

“Florens” özü ilə bərabər güclü küləklə yanaşı, yağış, torpaq sürüşməsi və su səviyyəsinin qalxması kimi ciddi təhlükələri də gətirir.

“Bu bizim bu cür şəraitdə belə ikitəkərli zərbə aldığımız ilk hadisə ola bilər” – Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster bildirib.

 

Əgər gözlənildiyi kimi o region üzərində özünü göstərərsə o zaman bəzi ərazilərdə 1 metrdən çox yağıntı ola bilər. Və təbii ki, bu suların sonrakı taleyi torpaq sürüşmələri, su səviyyəsinin qalxması ilə müşahidə olunacaq.

Bu hadisələr isə 92 min tələbənin oxuduğu şəhərcik də daxil bir neçə şəhəri təhlükə altına alır.

Çaylarda suyun səviyyəsinin qalxması və ətraf ərazilərin sel basması hadisələri ilə əlaqədar xilas edici qruplara İndiana ştatından vəhşi təbiət zabitlərini da daxil ediblər.

Fövqəladə Halların səlahiyyətliləri 2-3 metrə çatan qabarmaların Şimali Karolinanın adalarını əhatə edən bütün regionda çayları, körfəzləri və limanları su basmasına səbəb olacağından narahatdırlar.

 

Hazırda Cənubi Karolinada 4 minə yaxın insanın təxliyə mərkəzlərinə yerləşdirildiyi qeyd edilir. Bəzi mərkəzlər tamamilə dolsa da ştatın hələ 31 min nəfərə çatacaq 60 təxliyə mərkəzinin olduğu elan edilib.

Xatırladaq ki, hazırda qasırğanın yavaş hərəkət etdiyi müşahidə olunur ki bunun da daha güclü dağıntılara səbəb olacağı hesab olunur.

 

Ekspertlər Florensiya qasırğasının ABŞ tarixinin ən güclü qasırğalarından olacağından ehtiyyatlanırlar.

Qeyd edək ki, ABŞ tarixinin ən güclü qasırğası 1969-cu ildə müşahidə olunmuş “Kamilla” qasırğasıdır. Bu qasırğa da “Florens” kimi 5-ci kateqoriyaya aid edilibki küləyin sürəti bu fəlakət zamanı 180 km/saata çatıb. Alimlər qasırğanın sürətinin azalacağını ehtimal etsələr də, hadisə tamamilə fərqli olub. Kamillanın keçdiyi Alabama və Missisipi ştatlarında heç bir metroloji qurğu qalmayıb qasırğa ilə sovrulub. Bu ərazilərdə küləyin sürətinin saatda 340 km-i keçdiyi ehtimal olunur. Fəlakət zamanı Alabama, Missisipi, Luiziana və Virciniya ştatlarından 256 nəfər itkin düşüb, 9 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Kamilla qasırğasının ölkəyə verdiyi maddi zərər 6 milyard dollar dəyərində qiymətləndirilib.