“Flora xanımla mən ilk avtomobil sürən qadınlar olmuşuq” – AÇIQLAMAbackend

“Flora xanımla mən ilk avtomobil sürən qadınlar olmuşuq” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim hər zaman avtomobilim olub. Bilirsiniz ki, Flora xanımla mən ilk avtomobil sürən qadınlar olmuşuq. İndi maşın sürmürəm. Bəzən piyada yol gedirəm, insanlar məni görəndə deyirlər ki, ay Əminə xanım, özünüzə baxın, biz sizsiz yaşaya bilmərik. Bu mənim üçün bəsdir. Elə bil ki, mənə göyləri bağışlayırlar”

TİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib. O daha sonra əlavə edib.

“Allah sənə bu həyatı verir. Amma sən o həyatı elə yaşamalısan ki, nə ailənin, nə nəvələrinin, nə də xalqın yanında başı aşağı olmayasan. Daxilən kövrək insan olsam da güclüyəm. Bu mənim artıq xasiyyətimdir. Uşağlıqdan kövrək olmuşam. İnsanlar da məndən hər zaman lirik şeirlər istəyiblər” deyə sənətkar bildirib.

Xalq artisti daha sonra səsləndirdiyi şeirlərindən danışıb.

“Mahnıya gedən şeir başqadır. Amma mən sujeti olan şeirlər hazırlayıram, onu da bu gün heç kim yazmır. Bizim klassiklərimiz elə şeirlər yazıblar ki, onlara möhür vurublar. Verilişlərə gedəndə köhnə repertuarımı yada salıram. Hər dəfə onları bir başqa cür deyirəm, yeni çalarlar qatıram. İndi elə bir şeir yoxdur ki, yadımda qalsın. Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadənin şeirlərini demişəm, elə misraları olub ki, sonda iki sətiri oxumamışam. Bəxtiyar Vahabzadə “Ekran qaralanda”, “Bir salama dəymədi” şeirlərini mən oxuduğum kimi çap edib. Hətta o mənə demişdi ki, “bu şeirləri hardan tapmısan, mən onu o vaxt yazıb atmışdım”. Şeirlər də sevgidən irəli gəlir, özüm axtarıb tapıram. Yaddaşım həmişə işləyir” deyə sənətkar bildirib.