Flora Kərimova təltif edilməsindən danışdı (VİDEO)backend

Flora Kərimova təltif edilməsindən danışdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur”.
TİA.AZ xəbər verir ki, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı deyib.
“Nə etmişəmsə millətim üçün etmişəm. Göz yaşlarımı tökə-tökə, həsrətdə qala-qala, heç vaxt heç nəyəsə ümid etməmişəm. Ümid mənim üçün yad bir şeydir. Düşünüb, planlaşdırmamışam. Bu mənim üçün qəflətən oldu. Düşünmürdüm ki, mən buna layiqəm ya da bu, mütləq olmalıdır. Bunu qanla yoğrulan Qarabağı bağışlayan bir insana borcluyam – Ali Baş Komandana.
Prezident İlham Əliyev ürəyinin səsini eşitdi və qiymət verməyi bacardı. Ali Baş Komandan mənə əsgər kimi baxdı və sıravi əsgər kimi qiymət verdi. Bu, başımın ən böyük ucalığıdır, mən bu xalqın, millətin əsgəriyəm”, – deyə, Flora Kərimova bildirib.
Xalq artisti qeyd edib ki, bu gün həm də onun qızının ad günüdür.