Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundubackend

Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dəfn edilib. 

TİA.AZ xəbər verir ki, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olunub.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova ölümündən bir neçə gün əvvəl 62-ci yaşını qeyd edib.

F.Rəhimbəyova 1958-ci ilin avqust 5-i Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü – 2” filmində yenidən Sevda roluna çəkilib.