Finlandiyanın Baş nazirinin bu hərəkəti ölkədə səs-küy yaratdıbackend

Finlandiyanın Baş nazirinin bu hərəkəti ölkədə səs-küy yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Finlandiyanın baş naziri Sanna Marin yüksək məbləğli xərcləri ilə ölkədə səs-küy yaradıb.
TİA.AZ “ntv.com” a istinadən xəbər verir ki, baş nazirin sadəcə səhər yeməyi üçün hər ay 300 avro (təxminən 621 AZN) xərcləməsi, insanların qəzəbinə tuş gəlib.
Onlar Sanna Marini bu bədxərcliyinə görə tənqid ediblər.
Finlandiyada ən çox oxunan “İltalehti” qəzetində yer alan xəbərdən sonra sosial şəbəkələrdə yayılan informasiya ölkədə böyük səs-küyə səbəb olub.
Əhalinin müzakirə obyektinə çevrilən məsələyə dövlət tərəfindən rəsmi açıqlama gəlib.
Bildirilib ki, qanunlara əsasən, baş nazir və ailəsinin belə xərclər etməsi onların haqqıdır.