Finlandiyanın «VR Group» dəmiryol şirkəti martın 28-dən Sankt-Peterburq və Helsinki arasında hərkət edən Alleqro qatarlarının hərəkətini dayandırır.
Bu barədə martın 25-də fin qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, Finlandiyanın Avropa işləri və mülkiyyətin idarə olunması naziri Tyutti Tuppuraynen bundan əvvəl VR Groupa xəbərdarlıq göndərib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi səbəbilə, bu istiqamətdə qatarların hərəkəti məqsədəuyğun deyil.
Martın əvvəlində Alleqro qatarlarının istehsalçısı, Fransanın Alstom şirkəti Rusiyaya bütün tədarüklərin dayandırıldığını elan edib.