Finlandiya ən xoşbəxt ölkələr reytinqində liderdir, Rusiya isə 20 pillə gerilədibackend

Finlandiya ən xoşbəxt ölkələr reytinqində liderdir, Rusiya isə 20 pillə gerilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Finlandiya cümə günü dərc edilən Dünya Xoşbəxtlik Hesabatında ardıcıl beşinci dəfə dünyanın ən xoşbəxt ölkələri siyahısına başçılıq edir. Ən xoşbəxt ölkələrin ilk onluğuna həmçinin Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxildir.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, ABŞ 16-cı (2021-ci ildə 14-cü), Böyük Britaniya 17-ci (2021-ci ildə 18-ci), Fransa 20-ci (dəyişməmiş) yerdədir.
Rusiya 2021-ci ildəki 60-cı yerə qarşı bu il 80-ci yerdə qərarlaşıb.
Eyni zamanda, keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəricilərə Litva və Estoniya malikdir – müvafiq olaraq 34 və 36-cı yerlərdə, Qazaxıstan – 40-da, Latviya – 42-də, Özbəkistan – 53-də, Moldova – 62-ci, Qırğızıstan – 64, Belarus – 65, Türkmənistan – 78, Ermənistan – 82, Tacikistan – 83, Azərbaycan – 92, Ukrayna – 98, Gürcüstan – 105-ci yerdədir.