Filippində təyyarə qəzasında ölənlərin sayı 31-ə çatdı, 50 yaralı var -VİDEObackend

Filippində təyyarə qəzasında ölənlərin sayı 31-ə çatdı, 50 yaralı var –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin xilasediciləri Xolo adasında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “S-130” təyyarənin qəzaya uğradığı yerdə 29 hərbi qulluqçunun və 2 dinc sakinin meyitini aşkarlayıblar.

TİA.AZ xəbər verir ki, bu barədə “Inquirer” nəşri bildirib.

Qeyd edilir ki, qəza zamanı daha 50 hərbçi və 4 mülki şəxs “S-130” təyyarəsinin düşdüyü yerdə müxtəlif xəsarətlər alıb.

“Biz əvvəlki kimi ümid edirik ki, qəzadan daha çox sağ qalmış adamı tapa biləcəyik”, – deyə birləşmiş operativ qrupunun komandanı, general-mayor Uilyam Qonsales deyib: “Bizim axtarış-xilasetmə əməliyyatımız hələ davam edir, 17 insan itkin düşmüş hesab edilir”.

Şahidlərin sözlərinə görə, bir neçə əsgər qəza zamanı təyyarədən tullanıb”.

Qəzaya uğrayan “S-130”-un göyərtəsində olanlardan çoxu bu yaxınlarda baza hərbi hazırlığını bitiriblər. Onlar terrorizmlə mübarizə üzrə operativ qrupun heyətində Xolo adasına ekstremistlərə və üsyançılara gedirmiş. Təyyarənin üç pilotu və beş ekipaj üzvü sağdır, amma kritik vəziyyətdədir.