Tribuna İnformasiya Agentliyi

FIFA Syerra-Leone Futbol Assosiasiyasının üzvlüyünü dayandırıb

06 Oktyabr

FIFA Syerra-Leone Futbol Assosiasiyasının (SLFA) üzvlüyünü dayandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb ölkə rəhbərliyinin milli assosiasiyanın işinə müdaxilə etməsidir. Ali futbol qurumunun Syerra-Leonenin İdman Nazirliyinə ünvanladığı məktubda SLFA-nın prezidenti İşe Yohansen və baş katib Kris Kamaranın vəzifələrindən uzaqlaşdırılmasının ciddi narahatçılıq doğurduğu qeyd olunub.

Qeyd edək ki, qərar qüvvədə olduğu müddətdə Syerra-Leonenin yığma komandası və klubları beynəlxalq yarışlarda iştirak edə bilməz.