FİFA-nın keçmiş rəhbəri barəsində yeni araşdırma başlandıbackend

FİFA-nın keçmiş rəhbəri barəsində yeni araşdırma başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter barəsində yeni araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

Blatter təşkilatın fondundan 1 milyon avronu xərcləməkdə şübhəli bilinir. Agentliyin məlumatına görə, o, 2010-cu ilin aprelində FİFA adından Trinidad və Tobaqonun Futbol Assosiasiyasının kreditini ödəyib. Qeyd edilir ki, faizsiz borc sonra silinib.

Həmçinin bildirilir ki, işdə FİFA-nın o zamankı daha iki məmurunun – baş katib Jerom Valkenin və maliyyə direktoru Markus Kattnerin adları var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri