Tribuna İnformasiya Agentliyi

“FİFA məni dayandıra bilməz, istəsəm, millidə olacam” – İbrahimoviç

07 Aprel

“Los-Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç DÇ-2018-də iştirakına FİFA tərəfindən qadağa qoyulacağına dair xəbərlərə münasibət bildirib.

Qol.az-ın “Eurosport”a istinadən yaydığı xəbərə görə, isveçli hücumçu FİFA-nın onun istəyinə mane ola bilməyəcəyini deyib:

“FİFA məni dayandıra bilməz. Harda istəsəm, orda da olacam. Bu, İsveç millisinə də aiddir. Əgər istəsəm, millidə olacam. Bu, mənim işimdir, FİFA-nın yox”.

Qeyd edək ki, FİFA bukmeyker şirkətlərinin biri ilə əməkdaşlıq etdiyinə görə 36 yaşlı futbolçunun DÇ-2018-də iştirakına qadağa qoya bilər.