FIFA DÇ-2022-nin təqvimini açıqladıbackend

FIFA DÇ-2022-nin təqvimini açıqladı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.

TİA.AZ  FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mundialın açılış matçı noyabrın 21-də yerli vaxtla 13:00 (Bakı vaxtı ilə 14:00) ev sahibi komandanın iştirakı ilə 80 000 azarkeş tutumuna malik “Al Bayt” stadionunda keçiriləcək.

Final qarşılaşması isə dekabrın 18-də saat 18:00-da (Bakı vaxtı ilə 19:00) “Lusail” arenasında olacaq.

Qrup mərhələsinin matçları 21 noyabr – 2 dekabr tarixləri arasında baş tutacaq. 1/8 finalın oyunları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.

3-cü yer uğrunda matç isə dekabrın 17-də Dohadakı “Xəlifə” stadionunda keçiriləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki