FIDE reytinqi: Azərbaycan şahmatçılarının yeni mövqeyi açıqlandıbackend

FIDE reytinqi: Azərbaycan şahmatçılarının yeni mövqeyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

“Report” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb.

Qədir Hüseynov (2 665) 72-ci, Nicat Abbasov (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 2 pillə geriləyərək 91-ci sıraya enib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 1 pillə irəliləyərək 75-ci sıraya yüksəlib. 2 376 xalı olan Xanım Balacayeva də 1 pilləlik irəliləyişlə əvvəlki mövqeyini (85) geri qaytarıb.