Tribuna İnformasiya Agentliyi

FHN UŞAQLARA KÖHNƏ ŞİRNİYYAT HƏDİYYƏ ETDİ

23 Mart

TİA.AZ  xəbər verir ki, sosial şəbəkələrdə müştərilərdən biri Gənclik Metrosu yaxınlığında  yerləşən Olimpia idman mərkəzində uşaqlar üçün nəzərdə tutulmuş Novruz şənliyinə alınan biletdən narazılığını bildirib.  

Belə ki, 8 azn-lik biletin tərkibindəki hədiyyə torbasında olan şirniyyatların istehsal və son istifadə müddəti 2016 -cı ildə bitib. Şikayətçilər uşaqların zəhərlənmə ehtimalını nəzərə alaraq, hamını diqqətli olmağa çağırırlar.

Uşaqlara aid hədiyyə torbasının içində Sprite içkisinə bənzər, lakin içərisinə şirniyyat yerləşdirilmiş məhsul, İran istehsalı olan şirniyyatlar da var. İstehsal və son istifadə tarixi farsca yazıldığından vaxtının bitib- bitmədəyini bilmək olmur. Şikayətçilər bildirirlər ki, 8 azn-lik biletin hədiyyəsinin içində heç 1 azn-lik şirniyyat belə yoxdur.

Şikayətçilər biletin onlara  Fövqalədə Hallar (FHN) Nazirliyinin idarələri tərəfindən verildiyini də qeyd ediblər. 

İlahə