FHN-nin əməkdaşı deputatlığa namizədi polisə verdibackend

FHN-nin əməkdaşı deputatlığa namizədi polisə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Aran regional mərkəzinin əməkdaşı Natiq adlı şəxs Ağ Partiya üzvü, deputatlığa namizəd Rüfət Hacıbəyli ilə bağlı polisə şikayət edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə partiya sədri Tural Abbaslı məlumat yayıb.

 

“AĞ Partiyanın 48 saylı Yevlax seçki dairəsindən namizədi Rüfət Hacıbəyli barədə FHN-nin yerli yanğınsöndürmə idarəsinin əməkdaşı Natiq adlı şəxs polisə şikayət verib. Guya Rüfət Hacıbəylinin hərəkət etdiyi maşın ona xəsarət yetirib.

Bizim Yevlax polisinin çox “savadlı” müstəntiqi də namizəd toxunulmazlığı barədə məlumatsız olduğu üçün götürüb qeydə alınmış namizədə polisə dəvət teleqramı göndərib.

Bizim üçün sirr deyil ki, bu təxribatı və şərləmə kampaniyasını saxta yolla Yevlaxdan özünü deputat elan etdirən İlham Məmmədov təşkil etdirib.

Mən buradan MSK-ya və DİN-ə səslənirəm ki, məsələni nəzarət götürsünlər və bu komediyaya son verdirsinlər. Azərbaycan hansısa Afrika ölkəsi deyil ki, burada namizədi bəsit şərləmə ilə istintaqa cəlb edələr.

Güman edirəm ki, yaxın zamanda bu məsələ öz müsbət həllini tapacaq” – T.Abbaslı bildirib.