Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQbackend

Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən TİA.AZ-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.