Fəttah Heydərov VƏFAT ETDİbackend

Fəttah Heydərov VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.

TİA.AZ  xəbər verir ki, F. Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.

O, bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Fəttah Heydərov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.  O, 116 saylı Qəbələ seçki dairəsinin deputatıdır.

F.Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonun Çeşməbasar kəndində anadan olub.

F.Heydərov 1955-ci ildə Nehrəm kənd orta məktəbini 1959-1964 illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güdneyt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968 ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1970-1990 – ci illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı, 1976-cı ildən Naxçıvan MR əhaliyə məişət xidməti naziri, 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin I katibi, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR mədəniyyət naziri işləyib.

1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı seçilib. “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən F.Heydərov daha sonrakı bütün 5 çağırışda millət vəkilinin mandatına sahiblənib.

Mərhumun 5 övladı var.