Tribuna İnformasiya Agentliyi

FETÖ-nün yeni hədəfi ortaya çıxdı

27 Aprel

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lobbi şirkəti olan “Washington Strategy Group Inc.” ilə “Gotham” lobbi şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalandığı ortaya çıxıb. 

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lobbi şirkəti olan “Washington Strategy Group Inc.” ilə “Gotham” lobbi şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalandığı ortaya çıxıb.

TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, “Gohham” ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxınlığı ilə tanınır.

Aparılan araşdırmaların nəticəsi olaraq, “Gotham”ın üzvləri lobbi fəaliyyətinə görə saxlanılıb. Şirkətin məqsədi ABŞ-da FETÖ-nün fəaliyyətini dəstəkləmək olub. “Gotham”ın üzvləri veriləcək dəstək qarşılığında birdəfəlik 50 min, əlavə olaraq isə hər ay 20 min dollar gəlir əldə etməli idi.

“Gotham” partnyorlarından biri olan Bred Gertsman bildirib ki, FETÖ lideri Fəthullah Gülənin tərəfdarları Ağ Evlə yaxın münasibərlər qurmaq üçün məhz bu şirkəti seçib. Onun sözlərinə görə, şirkət Səudiyyə Ərəbistandakı türk “siyasi məhbuslar”ın buraxılması üçün ABŞ-ın rəsmi nümayəndələri ilə razılığa gəlib. Onun özünün isə bu məqsədlə Səudiyyə Ərəbistanına səfəri planlaşdırılırdı.

Bred Gertsman qeyd edib ki, “Gotham” şirkəti 2016-cı ilin noyabr ayından 2017-ci ilin aprel ayına qədər Konqresdə fəaliyyəti üçün 80 min dollar xərclənib.