Fərrux dağında itkin düşən şəxsin ailəsindən açıqlama – VİDEObackend

Fərrux dağında itkin düşən şəxsin ailəsindən açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Baba Müseyiboğlu Allahverdiyev 1971-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Orta məktəbi və hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq torpaqlarımızın müdafiəsi uğurunda başlayan döyüşlərə qatılıb. Baba Allahverdiyev Xocalının Fərrux kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşən 62 nəfərdən biridir.
Babanın itkin düşmə xəbəri ailəsi üçün daha ağırdır. Çünki, onun şəhid olub-olmadığı bugünə qədər dəqiqləşmədiyindən, 30 ildir ki, gözləri yolda qalıb.
Qeyd edək ki Müdafiə Nazirliyinin hərbi qulluqçuları Fərrux kəndi ərazisində qazma işləri apararkən kütləvi məzarlıq aşkar edilib. Həmin məzarlıqdakı insan qalıqlarının 1992-ci ildə Fərrux kəndi uğurunda döyüşlərdə itkin düşən 62 hərbi qulluqçumuza məxsus olması ehtimal edilir.
TİA.AZ xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: