Tribuna İnformasiya Agentliyi

Fernando Torres “Atletiko”dan ayrılır

09 Aprel

İspaniyanın “Atletiko” (Madrid) klubunun futbolçusu Fernando Torres mövsümün sonunda komandanı tərk edəcək.

TİA.AZ  xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu “Marca”ya açıqlamasında bildirib. O, səbəb kimi Madrid klubunda az oynamasını göstərib: “Bu, çətin qərardır. “Atletiko”dan ikinci dəfə ayrılmaq mənə ağırdır. Karyeramı burada bitirmək istəyirdim. Amma bu mövsüm digərlərinə nisbətən az oynayıram. Mən daha 2 il, 3 il, hətta 5 il oynamaq istəyirəm”.

Qeyd edək ki, Fernando Torres 2001 – 2007-ci illərdə “Atletiko”da forma geyinib. İspaniyalı forvard 2016-cı ildə yetirməsi olduğu komandaya yenidən qayıdıb. O, həmçinin, İngiltərənin “Liverpul”, “Çelsi” və İtaliyanın “Milan” klublarının formasını geyinib.