Tribuna İnformasiya Agentliyi

Fermer təsərrüfatı ilə məşğul olan Hollivud ulduzları – FOTO

14 Avqust

Fermada həyat ilk baxışdan diqqət çəkməsə də, bir çoxları öz ağacları və istixanalarının olmasını arzulayır. Bu cür işlərlə bəzi Hollivud ulduzları da məşğul olur.

Cennifer Eniston

 

Aktrisa əri, aktyor Castin Ter ilə birlikdə toyuq-cücə saxlanılan ev alıb. Cen öz dostlarını təzə yumurtalara qonaq edir. Eniston ev heyvanlarını çox sevir və hətta onlarla ünsiyyət də qurur.

Cennifer deyib ki, toyuqlar çox sosialdır. Aktrisa toyuqlarını makaronla yemləyir və bildirir ki, bu, onların sevimli yeməyidir.

Xeyden Kristensen

Aktyoru traktorun sükanı arxasında təsəvvür etmək çətindir, ancaq bu mənzərə realdır. Aktyorun 80 hektar ərazisi var. O, burada kənd təsərrüfatı ilə məşğul olur və bağ evinə baxır. Bunun üçün Xeyden traktor sürücülüyü ilə bağlı xüsusi kurs keçib.

Kristensen onlarla alma ağacı əkməyə və tərəvəz üçün istixanaların sayını artırmağa hazırlaşır. Boş vaxtlarını Xeyden Baddi və Petuni adlı ev heyvanları ilə keçirir.

Nikol Kidman

Nikol Kidmanın iki ferması var: ABŞ-ın Tennesi ştatında və vətəni Avstraliyada. Avstraliyadakı fermada Kidman inəklər, ABŞ-dakında isə müxtəlif növ heyvanlar saxlayır. Bundan başqa, aktrisa bir neçə növ tərəvəz də yetişdirir.

Onun ən sevimli yeməklərindən biri bostandan gətirilmiş təzə qarğıdalıdır. Kidmanın əri Kit Urban da həyat yoldaşına bu işlərdə kömək edir. Cütlüyün övladları isə vaxtlarını 15 hektarlıq fermada keçirməyi xoşlayırlar.

Mark Ruffalo

Aktyor Mark Ruffalo da kənd həyatı yaşayır. Onun 20 hektar əraziyə malik ferması var. Aktyor burada həyat yoldaşı və uşaqları ilə qalır. Fermanın böyük hissəsini çiyələk plantasiyaları tutur. Aktyorun böyük planları var: yaxın vaxtlarda fermaya çox sayda keçi gətiriləcək. O, fermerlər assosiasiyasına daxil olub.

Culiya Roberts

Culiya Robertsin Nyu-Meksiko ştatında öz ferması var. Onun sözlərinə görə, bu, çox gözəl yerdir. Robertsin fermadakı ən sevimli işi atlara baxmaqdır. Aktrisa uşaq vaxtlarından bu heyvanları sevir və çox yaxşı at sürür.