“Azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır”backend

“Azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tia.az xəbər verir ki,BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına cavab verib. O qeyd edib ki, Azərbaycanın atdığı addımlar lazımınca qiymətləndirilmir:
“Dünən Ermənistanın Baş Naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə yalnız Azərbaycanı əsassız olaraq günahlandıracaqlar?

Bütün bunlar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir. Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdiyi, Gorus-Qapan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir. Halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb.

F.Şəfiyev vurğulayıb ki, azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır: “ATƏT-in Minsk qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz. Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazilərini bərpa etməyə nail oldu. Hazırda onların işi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır. Əks halda qrupun işinin heç bir əhəmiyyəti qalmır”

Aytac Sahəd

TİA.AZ