Fərid Mansurov: “Federasiyalar pis insanları idmançılardan uzaq etməlidir”backend

Fərid Mansurov: “Federasiyalar pis insanları idmançılardan uzaq etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nazirlik olaraq çalışırıq ki, idmançılara diqqətimizi göstərək. Amma belə hallarda federasiyaların rolu nazirliklə paralel olmalıdır”.

Bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin “Facebook” səhifəsində canlı yayımda idmançıların başqa sahələrə yönəlməsi hallarına münasibət bildirərkən deyib.

O nazirliyin idmançıları yarışa və təlim-məşq toplanışına göndərdiyini xatırladıb: “Ancaq həmin idmançı hər gün federasiyada məşqçilərin gözü qarşısındadır. Ona görə bu işdə federasilardan nazirliyə böyük kömək lazımdır. Nəzərət etməlidirlər ki, pis insanları idmançılardan uzaqlaşdırsınlar. Məşqçinin işi tək ondan ibarət deyil ki, zalda idmançıya iki saatlıq məşq keçsin, daha sonra işi bitsin. Məşqçi tərbiyəvi işlərlə məşğul olmalı, pedaqoq olmalı, idmançını gələcək üçün formalaşmasında yaxından iştirak etməlidir”.