Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardıbackend

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu işdən çıxarıb.
TİA.AZ unikal.org-a istinadla xəbər verir ki, F.Əliyev yağ zavodunun direktoru Elşad Abasovu tutduğu vəzifədən azad edib.
Qeyd edək ki, E.Abasov F.Əliyev İqtisadi İnkişaf naziri olarkən onun köməkçisi olub. Nazirlə birlikdə o da həbs olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi  qızının həyat yoldaşıdır.