Tribuna İnformasiya Agentliyi

Federasiya prezidentinə DÇ-2018-ə gəlməyə qadağa qoyulub

07 İyun

Ekvador Futbol Federasiyasının prezidenti Karlos Vilyasis dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya gələ bilməyəcək

TİA.AZ report-a istinadən xəbər verir ki, səbəb yerli məhkəmənin K.Vilyasisin ölkədən çıxışna qadağa qoymasıdır. O, Ekvador çempionatının yayım hüququnun satışı zamanı qanun pozuntusuna yol verməkdə şübhəli bilinir.
Qeyd edək ki, Ekvador yığması 14 iyun – 15 iyulda keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib. Lakin Karlos Vilyasis FIFA-nın Moskvadakı Konqressində iştirak etmək üçün Rusiyaya gəlməyi planlaşdırırdı.