Tribuna İnformasiya Agentliyi

FED-in qərarı ABŞ-ın dövlət istiqrazlarını ucuzlaşdırıb

09 Noyabr

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatmış növbəti iclasında uçot dərəcəsini 2-2,25% səviyyəsində saxlaması bu ölkənin dövlət istirazlarının illik gəlirliliyinin cüzi artması, başqa sözlə sözügedən qiymətli kağızların ucuzlaşması ilə nəticələnib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, FED-in qərarı açıqlanana qədər ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə illik faiz dərəcəsi 3,226% olubsa, qərardan sonra bu göstərici 3,236%-ə yüksəlib. ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi isə 3,429%-dən 3,43%-ə çatıb.