FED bu axşam dollarla bağlı faiz qərarını açıqlayacaq – Dolları nə gözləyir?backend

FED bu axşam dollarla bağlı faiz qərarını açıqlayacaq – Dolları nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
FED bu gün saat 22:00-da kritik sentyabr faiz qərarını açıqlayacaq.
TİA.AZ xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yer alıb.
FED-in 0,75-dən 1-ə dək baza artımı gözləntilər arasındadır.
FED sədri Pauell son bir ayda etdiyi çıxışlarda sentyabr ayında artımın datalardan asılı olduğunu bildirib. Bu çıxışdan sonra açıqlanan ABŞ-ın avqust ayı inflyasiya rəqəmi 0,1 faiz azalma gözləntilərinə baxmayaraq, 0,1 artdı. Bu artımdan sonra dollar qlobal valyutalar qarşısında möhkəmlənsə də, qlobal bazarlar istiqamətini aşağı salıb.
Dolların qlobal valyutalar qarşısında gücünü ölçən DXY indeksi son 20 ilin ən yüksək həddinə çatıb və 110,028-ə yüksəlib.
Bu gün isə hələ ki, mühüm məlumat verilməsə də, diqqətlər saat 22:00-da açıqlanacaq FED faizində olacaq.