Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”backend

Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyanın yaratdığı şərtlə elədir ki, mütləq çevik qərarlar verilməlidir. Hökumət də zərurət yarandığı üçün parlament müzakirələrinin aparılması ilə bağlı təşəbbüslə çıxış edib ki, bu da təqdir olunmalıdır”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa söylədi. O, əlavə etdi ki, dövlət pandemiyanın qarşısını almaq üçün çox böyük işlər görür.

Ardınca deputat bildirdi ki, ilk növbədə müdafiə xərclərinin artırılmasına diqqət yetirməliyik, ikincisi də vətəndaşın, sahibkarın durumuna fikir verməliyik: “Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır. Vətəndaşa verilən 190 manat çox az məbləğ olsa da, zəruri bir yol idi, cəmiyyət də bunu anlayışla qarşıladı. 600 min əhaliyə 284 milyon verə bildik. Amma artıq evinə qapatdığımız vətəndaşa vəd vermirik ki, sənə nə verəcəyik? Yaxşı insanlar nə etsin? 190 manat nəyə çatacaq? Amma heç olmasa bu, rəmzi xarakter daşıyan dövlətin dəstəyidir, bunu heç vaxt kəsmək olmaz. 1-2 aydan sonra bu, ölkəmiz üçün çox ciddi problemlərə gətirib çıxara bilər. Yaxud böyük iş yerlərinin açılmasını təmin etməliyik. 31 avqusta qədər böyük ticarət mərkəzləri bağlandı, orda çalışanlar nə ilə dolanmalıdır?”