backend

Fazil Məmmədov müşavirini işdən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər naziri Fazil Məmmədov Habil Amil oğlu Məmmədovu müşavir vəzifəsindən azad edib. Vergilər naziri Fazil Məmmədov Habil Amil oğlu Məmmədovu müşavir vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, H.Məmmədov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. O, bu vaxta qədər həmin departamentin rəisi vəzifəsini müvəqqəti icra edib.

Nazir həmçinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə yeni rəis təyin edib. Adıçəkilən departamentin yeni rəisi baş vergi xidməti müşaviri Səməd Ədil oğlu Vəliyevdir. Qeyd edək ki, V.Səmədov bundan öncə 2 saylı Ərazi Vergi Departamentinin (ƏVD) rəisi olub.Qeyd edək ki, hazırda nazirin müşavirlərinin sayı 9-dur. Bu, Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğlu Həbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədov və Natiq Telman oğlu Şirinovdur.

Tia.az