Tribuna İnformasiya Agentliyi

Fazil Məmmədovun həkimi DANIŞDI: “Amerikada müalicə alır”

28 İyun

Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Yaxın çevrəsindən Modern.az-a verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Eks-nazirin Türkiyəyə aparılması məlumatlarını dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçerlə əlaqə saxlayıb.

 

S.Dinçer Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

 

S.Dinçer Fazil Məmmədovun bu dəfə yaranmış narahatlığı ilə bağlı Türkiyəyə gəlmədiyini, Amerikada müalicə aldığını vurğulayıb.