Tribuna İnformasiya Agentliyi

“Fastfood”-un daha bir təhlükəsi üzə çıxdı

15 İyun

“Fastfood”, eləcə də hamburger beyinin vaxtından əvvəl qocalmağına gətirib çıxarır.

TİA.AZ bildirir ki, belə bir qənaətə Avstraliya Milli Universitetinin alimləri gəliblər.

Mütəxəssislər mövzu ilə bağlı 200 işin təhlili nəticəsində müəyyən ediblər ki, “fastfood” insan orqanizminə öldürücü təsir edir.

“Biz aparılan araşdırmalar nəticəsində müəyyən etmişik ki, “fastfood”-dan uzunmüddətli istifadə və idmanla məşğul olmamaq diabetin ikinci tipinin yaranması və beyinin funksiyasının zəifləməsi riskini artırır”, – deyə tədqiqatda bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl alimlər uşaqlar üçün “fastfood”-un təhlükəli nəticələri barədə danışmışdılar. Ötən il isə Londonda nəqliyyatda “fastfood” reklamı qadağa olunmuşdu.

Milli.Az