Tribuna İnformasiya Agentliyi

FAİQ AĞAYEV: “Dil-ağzınız nə vaxt yalandan usanacaq?”

16 Dekabr

Xalq artisti Faiq Ağayev konsert öncəsi yenə gərginlik içindədir.  
Xalq artisti Faiq Ağayev konsert öncəsi yenə gərginlik içindədir. 

Müğənninin uğurlarını həzm edə bilməyənlər bu dəfə də konsertin alınmaması üçün əllərindən gələni edirlər. Müğənni onlara facebook profilindən belə bir mesaj yollayıb:

“Belə də zülm olar?
Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər.
İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər.
Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta “dəvətnamə” atıblar – susuram. Indi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam.
Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyirlər e, səy yığınıdır!
Camaatı gic yerinə qoymusuz?! Kiriyin də!!!
Jurnalist zənglərinə cavab verməkdən təngə gəlmişəm artıq. Səhərdən telefonum susmur.”